Ev Cəmiyyət

Bayram günü Tovuzda ağır qəza…

PAY
Tovuz Qəza

Ötən gecə Bakı-Qazax avtomagistralının Tovuz rayonun Düz Qırıqlı kəndindən keçən hissəsində 5 nəfərin ağır xəsarət alması ilə nəticələn qəza baş verib. Hadisə zamanı “Mercedes” və “VAZ-2107” markalı avtomobillərin toqquşub. Dəhşətli qəza zamanı  “VAZ” markalı maşının  sürücüsü, Tovuz rayonunun Qovlar qəsəbə sakini, 28 yaşlı Yaşar Cabbarov və hər iki avtomobildə olan sərnişinlər – 28 yaşlı Niyaməddin İbrahimov, 22 yaşlı İradə Cabbarlı, 52 yaşlı Gülxanım Fərzəliyeva, 32 yaşlı Ayşə Cabbarova müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.Həkimlər onların vəziyyətini kafi qiymətləndir. Qeyd edək ki, xəsarətləri daha ağır olan Yaşar Cabbarov Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib. İlkin ehtimallar görə qəzaya səbəb “Mercedes” markalı avtomobilin “VAZ 2107”-nin qarşısına çıxması nəticəsində baş verib. Faktla bağlı Baş Dövlət Yol Polisi Şöbəsində araşdırma aparılır…(qerb.info)

PAY