Ev Cəmiyyət

Baş Prokurorluq təkzib edir…

PAY
Tovuz Hadisə

Bəzi kütləvi informasiya vasitələrində Tovuz rayonunun Əyyublu kənd sakini Sənubər Nəcəfovanın (ad və soyad şərtidir) həmkəndliləri tərəfindən zorlanması faktı ilə bağlı Tovuz Rayon Polis Şöbəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilməməsi barədə informasiyalar dərc edilib.Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda qeyd edilir: “Həmin informasiyalar həqiqəti əks etdirmədiyindən tərəfimizdən təkzib olunur və bununla əlaqədar bildiririk ki, Tovuz Rayon Polis Şöbəsində istintaqı aparılan cinayət işi üzrə Kamal Məmmədov və Elməddin Niyazov Cinayət Məcəlləsinin 150.2.1-ci, Mürsəl Kərimov isə Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla martın 30-da barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.Baş Prokurorluq kütləvi informasiya vasitələrinin nümayəndələrinə bir daha xəbərdarlıq edir ki, cinayət işləri üzrə ibtidai araşdırma məlumatlarının yayılmasına cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq yalnız müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə yol verilir.

 

PAY