Ev Cəmiyyət

“Regionun Gənc Liderləri”…

PAY
Tovuz Gənclər

Gənclər arasında Mübadilə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Regionun Gənc Liderləri” layihəsinin icrasına start verir. Layihə 8-12 aprel 2015-ci il tarixləri arasında Şəmkir rayonunda keçiriləcək.Qeyd edək ki, “Regionun Gənc Liderləri” layihəsi çərçivəsində ilkin olaraq region gəncləri arasında intelektual inkişafı dəstəkləyəcək breyn-rinq oyunu təşkil olunmuşdur ki, bu da öz növbəsində region gənclərində cəmiyyətdə baş verən hadisə və proseslər barəsində öz yanaşmalarının, məntiqi şərh və fikirlərinin formalaşmasına yardımçı olmuşdur. Layihə çərçivəsində yaradılmış region gənclərin intelektual şəbəkəsindən öz liderlik keyfiyyət və bacarıqları ilə fərqlənən gənclərin aktiv vətəndaş kimi formalaşması məqsədilə onlara fərdi psixo-korreksiya metodlarına əsaslanan kurslar, şəxsi inkişaf məktəbləri təşkil olunacaqdır.Regionun Gənc Liderləri” məktəbi çərçivəsində Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Şəmkir rayonlarını təmsil edən 30 gəncə liderlik bacarıqları, komanda quruculuğu, Şəxsi inkişaf və təqdimat bacarıqları, motivasiya mövzuları ilə bağlı təlim kursları keçiriləcək.(qerb.info)

PAY