Ev Cəmiyyət

Tovuzdakı apteklərdə qiymət fərqinin səbəbi…(VİDEO)

PAY
Tovuz Apteklər

Tovuzda apteklərdə eyni adlı dərmanların müxtəlif qiymətə satılması müşahidə olunur. Çünki sahibkarların əksəriyyəti qiymətlər fərdi yanaşır. Eyni tərkibli dərmanların müxtəlif adlarla satışı hallarına da rast gəlinir. Əməkdaşımız Elşən Mürsəlovun apteklərdə apardığı araşdırmanı izləyək.Nazirlər Kabinetinin  2015-ci ilin 1-ci rübünün sosial iqtisadi inkişafının yekunlarına dair iclasında Prezident İlham Əliyev  ölkədə dərmanların  satışındakı qiymət artımı  ilə bağlı narahatlığını ifadə etdi. Səhiyyə Nazirliyinə məsələ ilə bağlı təcili tədbirlərin görülməsi tapşırıldı. Dövlət başçısının qeyd etdiyi kimi, problem paytaxtla yanaşı, hazırda bütün bölgə apteklərini də əhatə edir. Məsələn, hazırda Tovuzdakı apteklərdə eyni adlı dərmanlar müştərilərə müxtəlif qiymətlərlə təklif olunur. Hazırladığımız şərti reseptə 3 dərman adı yazıb müxtəlif apteklərə müraciət etdik. Sinnarizin, Valokardin və  Aspirin.Valokardinin də qiymətində fərq var. Bir aptekdə  1 manat 20 qəpik, digərində 1 manat 30 qəpikdir. Halbuki satıcılar aptekə gətirilən dərmanların əczaçı şirkətlərdən vahid qiymət əsasında qəbul ediklərini etiraf edirlər.Beləliklə, dərman almaq istəyən alıcı müqayisə üçün müxtəlif aptekləri gəzməli olur. Bununla  yanaşı, eyni tərkibi olan müxtəlif adlarda çoxlu sayda dərman çeşidlərinə də rast gəlinir. Həmin dərmanlarda isə qiymətlər bir — birindən kəskin şəkildə  fərqlənir. Hər halda, yaxın vaxtlarda bu fərqin aradan qaldırılacağı qaçılmazdır. Çünki dərman satışında vahid qiymət sisteminə keçidlə əlaqədar Sənaye və İqtisadiyyat Nazirliyinə və Səhiyyə Nazirliyinin qarşısına konkret tapşırıqlar qoyulub. İcra üçün qısa vaxt verilib.

ELŞƏN MÜRSƏLOV (http:/ttv.az/)

PAY