Ev Cəmiyyət

Tovuzda havaların qeyri-sabit keçməsi meyvə qıtlığına səbəb ola bilər…

PAY
Tovuz Kənd təsərrüfatı

Son günlər havanın qeyri-sabit və yağıntılı keçməsi Tovuzun meyvə bağlarında bir sıra ağacların çiçəklərinə mənfi təsir edib. Bağ sahibləri bu il meyvənin az ola biləcəyindən ehtiyat edirlər.Qərb bölgəsində aprelin əvvəllərindən başlayan qeyri-sabit və yağışlı hava kənd təsərrüfatının bir çox sahəsinə müsbət təsir göstərsə də meyvəçilikdə bunun əksi müşahidə olunur. Belə ki, yağıntılar əksər ağacların çiçəklədiyi bir dövrə təsadüf etdiyindən, bəzi meyvələrdə mayalanma getməyib. Hərarətin 10 dərəcədən də aşağı olması, intensiv yağan yağışlar alça, ərik, şaftalı, heyva və gilasın çiçəklərində tozlanmanı gecikdirib. Bu isə bağ sahiblərinin fikrincə sonda məhsul azlığına və meyvə qıtlığına səbəb ola bilər.Yağıntı yalnız nar və əncir ağaclarına ziyansız ötüşüb. Mütəxəsislər isə bu cür qeyri-sabit hava şəraitinin taxıl və kartof bitkisinə müsbət təsir etdiyini bildirirlər.
Rahim İbrahimoğlu (kepez.tv)

PAY