Ev Cəmiyyət

Qaliblər arasında Tovuz məktəbliləri…(video)

PAY
Tovuz Olimpiada

Respublika fənn olimpiadası başa çatıb. İlk dəfə olaraq 3 mərhələdə keçirilən  olimpiadalarda 8 fənn üzrə 22 min şagird iştirak edib. Final mərhələsində 240 nəfər mükafatçı sırasına daxil olub. Qaliblər arasında Tovuz məktəbliləri də var.Bu ilki respublika fənn olimpiadasında tovuzlu məktəblilər 4 medal qazanıblar.Bunun ikisi Aşağı Quşçu kənd tam orta məktəbinin payına düşür.Məktəbin onuncu sinif şagirdi İlhamə Məmmədli tarix fənni üzrə ikinci yer tutaraq gümüş medalla təltif olunub.İmran Bayramov adına Aşağı Quşçu kənd orta məktəbinin doqquzuncu sinif şagirdi Gülnaz Sarıyeva  isə coğrafiya fənni üzrə ikinci yer tutub.Gümüş medala layiq görülən Gülnaz Sarıyeva bu uğuruna görə müəllimlərinə təşəkkür edir.Coğrafiya fənni bu il ilk dəfə olimpiada fənləri sırasına əlavə olunub. Eləcə də əvvəlki illərdən fərqli olaraq, yoxlamada şəffaflığı və ədaləti qiymətləndirməni təmin etmək üçün olimpiada sualları ilkin mərhələdə açıq şəkildə deyil, test sınağı formasında tətbiq olunub.

GÜLNAR QASIMLI (ttv.az)

PAY