Ev Cəmiyyət

Faşizm üzərində Qələbənin 70 illiyi Tovuzda qeyd edildi…

PAY
Tovuz Qələbə günü

Tovuz Qələbə günü

Tovuz Qələbə günü

Böyük Vətən müharibəsində 7790 tovuzlu iştirak edib, onlardan yalnız 1067 nəfəri sağ qayıdıb. Müharibədə Tovuzun igid oğlanlarından Mərdan Musayev, Yusif Sadıqov və Məstan Əliyev ən yüksək mükafata — Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, minlərlə tovuzlu orden və medallarla təltif olunub. Faşizm üzərində Qələbənin 70 illiyi Tovuzda yüksək səviyyədə qeyd olunub.Faşizm üzərində tarixi Qələbənin 70 illiyi münasibətilə Tovuz şəhərindəki Qəhrəmanlar parkında təntənəli mərasim keçirilib.Müharibə və əmək veteranları, rayon icra hakimiyyətinin başçısı başçısı Tofiq Zeynalov, millət vəkili Qənirə Paşayeva və ictimaiyyət nümayəndələri ilk öncə burada ucaldılmış “1941-1945” abidə kompleksinin önünə tər çiçək dəstələri qoyub, həyatlarını Qələbə naminə qurban vermiş insanların xatirəsini ehtiramla yad ediblər. Sonra rayon icra hakimoyyətinin başçısı Tofiq Zeynalov və millət vəkili Qənirə Paşayeva hər bir veteranı təbrik edərək onlara hədiyyələr təqdim ediblər…

PAY