Ev Cəmiyyət

Tovuz meşəçilərinin peşə bayramı…

PAY
Tovuz Müşəçilər

Tovuz rayonunun meşə təsərrüfatı işçiləri peşə bayramlarını qeyd ediblər.AZƏRTAC xəbər verir ki, rayon meşə mühafizəsi və bərpası müəssisəsinin kollektivi əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidə önünə gül dəstələri qoyublar.Müəssisənin direktoru Məhəmməd Tağıyev kollektivin üzvlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı münasibətilə təbrik edərək bildirib ki, təbiətin qorunması, insanların sağlam mühitdə yaşaması və təbii sərvətlərdən xalqın rifahının yaxşılaşdırılması naminə istifadə olunması hazırda ölkədə aparılan sosial-iqtisadi islahatlarda mühüm yer tutur. Bu məqsədlə yeni yaşıllıqlar salınır, flora və faunanın mühafizəsi istiqamətində davamlı tədbirlər həyata keçirilir.Qeyd edilib ki, bu ilin yazında rayonda 45 hektar ərazidə yeni meşə salınıb və beləliklə də, meşə fondu 30 min 609 hektara çatdırılıb.

PAY