Ev Cəmiyyət

Tovuzda əmək yarmarkası…

PAY
Tovuz Əmək yarmarkası

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ay 3 rayonda əmək yarmarkası keçirəcək. ƏƏSMN-nin mətbuat xidmətindənLent.az-a verilən məlumata görə, Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən işsiz və işaxtaran vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə təşkil olunan əmək yarmarkaları bu ay Tovuz, Ağstafa, Neftçala rayonlarında keçiriləcək. Hazırda həmin rayonların məşğulluq mərkəzləri tərəfindən əmək yarmarkalarına hazırlıq işləri çərçivəsində idarə, müəssisə və təşkilatlardan boş (vakant) iş yerləri barədə məlumatlar toplanır.Yarmarkalar zamanı işaxtaran vətəndaşların əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, həmçinin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi üçün qeydiyyatı aparılacaq. Sosial cəhətdən həssas əhali qruplarından olan vətəndaşlar, o cümlədən əlilliyi olan şəxslər üçün kvota əsasında boş iş yerlərinin təqdim olunması da nəzərdə tutulur.(Qerb.info)

PAY