Ev Cəmiyyət

Bakıda möhtəşəm açılış mərasimi- Video

PAY
Tovuz Avropa Oyunları

Tovuz Avropa OyunlarıBakıda ilk Avropa Oyunlarının rəsmi açılış mərasimi keçirilib.
Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, ölkənin birinci xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, müxtəlif dövlətlərin prezidentləri və baş nazirləri daxil olmaqla rəsmi nümayəndələr iştirak ediblər.
Qeyd edək ki, Avropa Oyunları iyunun 28-dək davam edəcək. Avropanın 6 mindən çox idmançısı 17 yarış günündə ölkələrini təmsil edəcək.Bakı Olimpiya Tovuz Avropa OyunlarıStadionuna toplaşmış 68 min tamaşaçı, eləcə də dünyada yüz milyonlarla televiziya tamaşaçısı bir neçə dəqiqədən sonra unudulmaz tarixi anın şahidi olacaq.
Paytaxtın xəritəsinə yeni daxil olmuş Bakı Olimpiya Stadionu öz möhtəşəmliyi, əsrarəngiz gözəlliyi ilə hər kəsin diqqətini çəkir. Burada dünyanın aparıcı bədii, yaradıcı və texniki heyətlərinin iştirakı ilə ərsəyə gələn kreativ şou nümayiş olunacaq. Stadion ən mürəkkəb tərtibata malik möhtəşəm səhnə mexanizmindən ibarət məkana çevrilib. O, təbiətin dörd ünsüründən — su, od, torpaq və yel obrazlarından istifadə etməklə heyrətamiz bir mənzərə yaradır. Səhnənin quraşdırılması üç aya başa gəlib.
Tovuz Avropa OyunlarıMərasimin təşkilinə 28 ölkədən 300-dən çox yaradıcı heyət və 34 ölkədən 1000 nəfər cəlb olunub.
Mərasimi hazırlayan bədii heyətin siyahısına qısa nəzər yetirək: Bədii rəhbər 2004-cü ildə Afina Olimpiya Oyunlarında mərasimlərin qurucusu kimi dünyada böyük şöhrət qazanan Dimitris Papaioannoudur. Musiqi rəhbəri Teodor Currentzis 2014-cü ildə “Operaların lentə alınması üzrə ECHO mükafatı” laureatıdır. Quruluşçu rəssamlar isə Thanassis və Eva memarlıq, dizayn və səhnə quruculuğunun kreativ məkanı olan “Flux Ofis” şirkətinin memar və yaradıcıları – Tanassis Demiris və Eva Manikadakidir. Onların memarlıq, teatr, opera, rəqs və kino sahəsindəki işləri Venesiya Memarlıq Biennalesi (2014), Venesiya Film Festivalı (Miss Violence, 2013) və digər beynəlxalq səviyyəli tədbirlərdə nümayiş etdirilib, mükafatlar qazanıb.

PAY