Ev Cəmiyyət

Tovuzda tibb işçilərinin peşə bayramı…

PAY
Tovuz Səhiyyə

17 iyun — tibb işçilərinin peşə bayramı münasibətilə Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində tədbir keçirilb.Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstləri düzərək xatirəsini ehtiramla yad ediblər.AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib.Sonra rayon mərkəzi xəstəxanasının baş həkimi Paşa Muradov çıxış edərək son illər ölkədəki sürətli iqtisadi inkişafın bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verdiyini bildirib. Diqqətə çatdırıb ki, bu dövrdə səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və digər genişmiqyaslı tədbirlər həyata keçirilib.Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illərdə ölkədə 500-dən artıq tibb ocağı tikilib və ya əsaslı təmir edilib. Tibb müəssisələri müasir avadanlıqlarla təmin olunub. Dövlətimizin başçısının müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasını, onların ən müasir avadanlıqlarla təmin olunmasını, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz olunmasını, müalicəsini, regionlarda diaqnostika mərkəzlərinin istifadəyə verilməsini, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasını və səhiyyə sahəsində digər islahatların başlıca istiqamətlərini təşkil edir.Tədbir rayon bədii özfəaliyyət kollektivlərinin konsert proqramı ilə yekunlaşıb…

PAY