Ev Cəmiyyət

Tovuz rayonunda partlayış…

PAY
Tovuz Hadisə

Tovuz rayonunda partlayış baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb. Kəndə yaşayan İslam Xanbabayevin həyətində tikinti işləri aparılarkən onun qonağı, Bakı şəhər sakini Tuncay Xanbabayevin tapdığı iriçaplı patron partlayıb. Tuncay Xanbabayev, bacısı Nərmin və qohumu Dürdanə Nağıyeva xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər…

PAY