Ev Cəmiyyət

Tovuzda ilan bir gündə 2 nəfəri sancıb…

PAY
Tovuz İlan vurma

Tovuzda ilan bir gündə 2 nəfəri sancıb, onlardan biri ayaqından yüngül dişləmə olduğundan ambulator müalicəyə göndərilib. 39 yaşlı İbad Hüseynovun vəziyyəti isə daha ağır olduğu üçün Tovuz rayon Mərkəzi Xəstəxnasının reanimasiya şöbəsinə yerləşdirilib. Zərərçəkənin qohumlarının sözlərinə görə, İbad Azafalı kəndinin ərazisində mal-qara otararkən zəhərli sürünən onun əlindən dişləyib. Kənd sakini dərhal ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırlıb. 39 yaşlı kişinin vəziyyəti ağır olduğundan paytaxtdan Tovuza həkim briqadası çağrılıb. Aparılan proflaktik tədbirlər nəticəsində 2 uşaq atasını həyata qaytarmaq mümükün olub. Qeyd edək ki,yay fəsli girəndən Tovuzda 15-ə qədər sakin zəhərli ilanların hücumuna məruz qalıb. Sürünənlər daha çox açıq sahələrdə insanlara zərər vurub.(qerb.info)

PAY