Ev Cəmiyyət

Tovuzda zəlzələ olub…

PAY
Tovuz zəlzələ

Tovuz ,Ucar, Mingəçevir, Yevlax,Şəki  və Gəncədə zəlzələ olub. Bu barədə saytımıza  Tovuz, Şəki Yevlax və Gəncə sakinləri məlumat veriblər. Verilən məlumatlara görə, zəlzələ hiss olunub. Yerli sakinlər təşvişə düşüb.Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən  məlumatı təsdiqləyiblər və bildiriblər ki, zəlzələ Azərbaycanın bir neçə rayonunda hiss olunub.
Yaxın dəqiqələrdə bununla bağlı rəsmi məlumat yayılacaq.Trend-in Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən yaydığı məlumata görə, bu gün yerli vaxtla saat 09:49:36-da Şəkidən 29 km aralı Şəki ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 7 bal, yaxın yaşayış məntəqələrində 6-5 bala qədər hiss olunub. Zəlzələ yerin 13 kilometr dərinliyində baş verib, maqniturası 5,9 olub.Xatırladaq ki, bir neçə gün əvvəl də Şəkidə zəlzələ olmuşdu.

PAY