Ev Cəmiyyət

Tovuz atəşə tutuldu ,yaralılar var…

PAY
Tovuz Müharibə

Tovuz Müharibə Tovuz Müharibə

Ermənistan Silahlı Qüvvələri yenidən Tovuz , rayonun cəbhəyanı kəndlərini atəşə tutmağa başlayıb. Atışma gecə yarıyadək davam edib. Qarşı tərəfin iri çaplı silahlardan açdığı atəş nəticəsində Tovuz rayonun Əlibəyli kəndinin 2 sakini yaralanıb. Bunlar 87 yaşlı İsa Musayev və 83 Sehran Musayevadır.Hər iki yaralı Mərkəzi Xəstəxanaya yerləşrilib. Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti orta ağırdır. Kənd icra nümayəndəliyinin məlumata görə, Əlibəylidə 160-a yaxın evin dam örtüyü atışmadan zərər görüb.Bu son 3 gündə qarşı tərəfin açdığı atəş nətilənən dinc sakinlərin yaralanmasına səbəb olan 3-cü faktır.Ötən gün Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması və yandırıcı silahlardan cəbhəyanı bölgələri atəşə məruz qoyması nəticəsində Qazaxın Məzəm kənd sakini Nəsib Nəsibova məxsus fərdi yaşayış evi yanaraq, yararsız hala düşüb. Həmin gün Tovuzun Əlibəyli kəndində də qarşı tərəfin açdığı atəş nəticəsində 2 ev yanıb. Əlibəyli sakini 63 yaşlı Tofiq Kazımov isə yaralanıb. Yaralı Tovuz Mərkəzi Xəstəxanasındadır və müalicəsi davam edir.

PAY