Ev Manşet

37 şəhər və rayonun polis rəisləri Gəncədə bir araya gəldilər…

PAY
Tovuz Seçki

Daxili İşlər Nazirliyi Mərkəzi Seçki Komissiyası ilə birgə bölgələrdə seminar-məşğələlərə start verib. Gəncədə parlament seçkilərinə həsr edilən tədbirdə 37 şəhər və rayonun polis rəislərinin müavinləri, eləcə də seçki dairələrinin sədrləri iştirak edib.
Noyabrın 1-nə təyin olunan seçkilərdə sabitlik və əminamanlığın qorunub saxlanılması qarşıya qoyulan vəzifə kimi xüsusu əhəmiyyət kəsb edir. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəzilik İdarəsinin rəis müavini Hikmət Eyvazovun sözlərinə görə, seçki günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsi üçün ictiami asayiş etibarlı qorunmalıdır. Seminar-məşğələdə Daxili İşlər Nazirliyinin bütün orqan və polis hissələrinin oktyabrın 27-dən noyabr ayının 2-ə qədər gücləndirilmiş iş rejimində çalışacağı da qeyd edilib. Mərkəzi Seçki Komissiyasının nümayəndələri isə seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyətinin əsasları və seçki subyektləri, onların hüququ və vəzifələri, seçki prosesi iştirakçılarının hüquqlarının qorunması sahəsində ümumi tələblər mövzusunda çıxışlar ediblər.
Qabil Orucov — MSK-nın nümayəndəsi: «Hesab edirəm ki, bu cür tədbirlərin həyata keçirilməsi istər seçki komissiyası üzvlərini, istərsə də polis əməkdaşlarını seçki prosesində iştirakı ilə əlaqədar qanunvericiliyin tələblərini düzgün qaydada birbaşa şəkildə tətbiq etməsinə xidmət edən başlıca amillərdəndir».
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və «Polis əməkdaşlarının Milli Məclis seçkilərində iştirakına dair Yaddaş Kitabçası» paylanılıb.
Xaliq Qurbanlı (www.kepeztv.az)

PAY