Ev Cəmiyyət

Tovuz sakini qeyri-adi balqabaq yetişdirdi — 55 KİLOQRAM…

PAY
Tovuz Cəmiyyət

Tovuzda 55 kiloqram ağırlığında balqabaq yetişdirilib.APA TV-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Düzqırıxlı kənd sakini Gündüz Bağırov şəxsi təsərrüfatında nəhəng balqabaq becərib.Onun sözlərinə görə, balqabaq toxumunu ona yaxın bir tanışı Almaniyadan gətirib. Ən böyük balqabağın çəkisi 55 kiloqram, ən kiçiyinin isə 10 kiloqram olub. Gündüz Bağırov əvvəllər də yerli sort balqabaq yetişdirib, amma bu boyda olmayıb. Hazırda balqabağı 200 manata almaq istəyənlərin olduğunu deyən kənd sakini onu satmayacağını və özü kəsərək qohum-qonşuya paylayacağın bildirib.Alimlər isə təsərrüfat sahiblərini diqqətli olmağa çağırır. Aqrar elmlər üzrə fəlsəfə doktoru Hüseyn İdrisovun sözlərinə görə, hazırda xaricdən gətirilən bitki toxumlarının 99%-i hibrid olub.Hüseyn İdrisov yerli sortların xaricdən gətirilənlərdən az məhsul verdiyini, lakin keyfiyyətli məhsul əldə olduğunu bildirib.Qeyd edək ki, bundan əvvəl də  Quba rayonunun Zərqova kənd sakini Nadir Qədimov ümumi çəkisi 49 kq, diametri 1,8 metr olan balqabaq yetişdirib…

PAY