Ev Cəmiyyət

Tovuzda sərnişin avtobusu qoyun sürüsünə girdi…

PAY
Tovuz Hadisə

Tovuz rayonunda, Bakı-Qazax magistral yolunda avtobus qoyun sürüsünə girib.APA TV-nin qərb bürosunun məlumatına görə, rayonun Dönük Qırıqlı kəndi ərazisində Gürcüstandan Bakıya sərnişin daşıyan “Mercedes” markalı avtobus yolda qoyun sürüsünü vurub.Qəza zamanı sürüdə bir xırda buynuzlu heyvan ölüb, biri isə yaralanıb. Avtobusun sürücüsü və sərnişinlərdən xəsarət alan olmayıb.Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

PAY