Ev Tovuz xəbərləri

Dalaşdığı adama silah çıxartdı…

PAY
Tovuz Silahlı dava

Tovuz rayonunda iki nəfər dalaşıb, biri digərinə silah çəkib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, insident rayonun Əyyublu kəndində qeydə alınıb.Kənd sakini Elsevər Mədədovla Gəncə şəhər sakini İntiqam Səlimov arasında hələ ki, səbəbi məlum olmayan səbəbdən münaqişə baş verib. İnsident zamanı Elsevər Mədədov cibindən silah çıxararaq İntiqam Səlimovu hədələyib. Hadisə yerinə gələn polis əməkdaşları Elsevər Mədədovu saxlayaraq silahı ondan götürüb.Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır…

 

PAY