Ev Cəmiyyət

Tovuzda baş verən yol qəzasında 3 nəfər yaralandı (FOTO,video)

PAY
Tovuz avtoqəza

Tovuzda yol nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Qovlar Aşağı Quşçu yolunda qeydə alınıb. Qovlar şəhər sakini Emin Alıyevin idarə etdiyi «VAZ 2106» markalı avtomobillə Köhnəqala sakini Nurlan Hümbətova məxsus «VAZ 21012» markalı minik maşını toqquşub. Nəticədə «VAZ 2106»-nın sürücüsü 27 yaşlı Emin Alıyev, «VAZ 21012»-nin sərnişinləri 55 yaşlı Cəfər Hümbətov və 57 yaşlı Zəkiyyə Bayramova müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Növbətçi həkimdən aldığımız məlumata görə, onların həyatı üçün təhlükə yoxdur. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri isə təyin olunan avtoekspertizanın nəticələrindən sonra məlum olacaq.

CÜMŞÜD BAYRAMLI (www.ttv.az)

PAY