Ev Cəmiyyət

Tovuzda sürücüyə kömək edən sərnişini maşın vurub öldürdü…

PAY
Tovuz Hadisə

Tovuz rayonunda sürücüyə kömək edən sərnişini başqa bir avtomobil vuraraq öldürüb.APA TV-nin qərb bürosunun məlumatına görə, oktyabrın 11-də gecə saatlarında rayonun Xatınlı-Əlimərdanlı yolunda Tovuza gələn Əflatun Həsənov özünə məxsus «VAZ-2101» markalı avtomobilində şini dəyişən zaman ona kənardan işıq salan sərnişin, Tovuz şəhər sakini, 1962-ci il təvəllüdlü Murad Mirzəyev Aşağı Öysüzlü kənd sakini, 1962-ci il təvəllüdlü İmran Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulub.Ağır xəsarət alan M.Mirzəyev dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

PAY