Ev Cəmiyyət

Tovuzun ən qocaman mexanizatoru…

PAY
Tovuz Mexanizator

Əkin-biçin, üzüm becərmək onun əsas məşğuliyyəti olub. Hətta gənc yaşlarından traktorda idarə edib. Sözügedən qəhrəman, zərif cinsin güclü nümayəndəsi 128 yaşlı Zeynəb Əhmədovadır. 3 əsr görən xanım Tovuzun Bozalqanlı kəndində yaşıyır. Rayonun ən uzunömürlü sakinidir. Yaşının bu çağında gümrah olan Zeynəb nənə rahat gəzir,toyuq-cücəni yemləyir hətta nəvə-nəticələrini başına yığıb zarafatlaşır da. Uzun ömürlü xanım daha çox tərəvəz,ən əsası süd məhsulları ilə qidalanır. 128 yaşlı Tovuz sakini evdə bişən xörəyi gün ərzində bir dəfə yeyir. Hətta bu yaşında gündə iki dəfə duş da qəbul edir. 4 övlad sahibi olan Bozalqanlı kənd sakini nəvə-nəticələri ilə mehriban yaşıyır. 128 yaşlı nənənin bircə çətinliyi var oda yaxınlarını zəif eşitməsidir. Kimsəyə əziyyət vermədən bir çoxlarımızın arzuladığı ömürü sürən müsahibim kəndin ağbirçəyi hesab olunur. Evin gəlini 128 yaşlı qaynanasının sözünün qanun olduğunu deyir. 100 ili arxada qoyub,ikinci gəncliyini yaşayan Zeynəb Əhmədovanın atası da bir əsrdən artıq ömür sürüb. Ölkədə keçiriləcək parlament seçkilərində iştirak edəcəyini deyən rayonun ən uzun ömürlü seçicisi zarafatından qalmayaraq təqaüdünün artırılmasını da istəyir.(qerb.info)

PAY