Ev Cəmiyyət

Cəbhə xəttində yerləşən Əlibəylidə seçkilər…(video)

PAY
Tovuz Seçki

Tovuzda da seçici fəallığı müşahidə olunur. Əsasən də düşmənlə təmas xəttində yerləşən və cəbhəyanı kəndlərdə. Əməkdaşlarımız səhər 7-30-dan bu saatadək kənd məntəqələrində seçkiləri müşahidə edir. Məntəqələrdəki hazırkı vəziyyətlə bizi əməkdaşımız Cümşüd Bayramlı tanış edəcək.

106 saylı Tovuz-Ağstafa-Qazax seçki dairəsinin 18 saylı Əlibəyli kənd seçki məntəqəsi səhər saat 8:00-dan seçicilərin üzünə açılıb. Düşmənlə təmas xəttində yerləşməsinə baxmayaraq Əlibəyli sakinləri rahat və heç nədən qorxmadan məntəqələrə gedərək seçkilərdə iştirak edirlər. Ermənilərin hər an atəşkəsi pozmaq ehtimalını nəzərə alaraq bölgədə aidiyyatı qurumlar gücləndirilmiş iş rejiminə keçiblər. Ümumiyyətlə seçki prosesində vətəndaşların aktivliyi diqqəti çəkib. Prosesdə xüsusən gənclər fəal iştirak ediblər. Səhhəti ilə bağlı seçki məntəqəsinə gələ bilməyənlər də nəzərə alınıb. Ərizə əsasında müraciət edən 4 yaşlı seçicinin ünvanına daşınan seçki qutusu göndərilib.

Məntəqəyə daxil olan ilk seçicilər hamı üçün məcburi olan barmaqların xüsusi avadanlıqla yoxlanması və xüsusi maye ilə boyanması prosesi qanunauyğun şəkildə həyata keçirilir. Şəffaf seçki qutusu ilə təmin olunan məntəqədə seçicilərin səsverməsi şəffaf və demokratik həyata keçirilir.

Tovuzun cəbhəyanı kəndi olan Mülkülüdə də seçki prosesi öz axarı ilə davam edir. 19 saylı seçki məntəqəsində də seçici fəallığı müşahidə olunur. Onların arasında səsvermə hüququndan ilk dəfə istifadə edən gənclər də var.

Seçkilərin fəallığını yoxlamaq üçün hər iki məntəqədə «exit-poll» təşkil olunub. Onlar da seçkilərin şəffaflığını qorumaq üçün seçicilərlə mütəmadi sorğu aparır. Bu saata qədər Əlibəyli və Mülkülü kəndlərində yerləşən 18 və 19 saylı seçki məntəqəsində heç bir qanun pozuntusu qeydə alınmayıb.

CÜMŞÜD BAYRAMLI(TTV)

PAY