Ev Cəmiyyət

Tovuzlu şagirdlər Lənkəran şəhərində…

PAY
Tovuz Təhsil

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Tovuz rayonundan 35 nəfər IX-XI sinif şagirdi 5 bələdçi-müəllimin müşayiəti ilə noyabrın 16-da Lənkəran şəhərinə yola salınıb.AZƏRTAC xəbər verir ki, tovuzlu gənclər dörd gün ərzində Lənkəran, Lerik və Astara rayonlarda tarixi abidələrlə, digər görməli yerlərlə yaxından tanış olacaqlar. Tur-aksiya məktəblilərin səfər etdikləri bölgələrin müasir inkişaf səviyyəsi ilə də tanış olmasına şərait yaradacaq.Tur-aksiya iştirakçısı, Aşağı Quşçu kənd tam orta məktəbinin şagirdi Anar Axundzadə deyib: “Ölkəmizin regionlarını gəzmək, tarixi yerləri ilə tanış olmaq çoxdankı arzum idi. Əminəm ki, bu tur-aksiya mənim və yaşıdlarımın dünyagörüşünün artmasına müsbət təsir göstərəcək. Belə layihələr gənclərin ölkəmiz haqqında təsəvvürün, biliklərin artmasında əvəzsiz rol oynayır”.Azaflı kənd tam orta məktəbin şagirdi Şəfəq Ələkbərova da layihədə iştirak etdiyi üçün çox şad olduğunu bildirib: “Lənkəran, Astara və Lerik rayonlarının tarixi, bu yerlərin əsrarəngiz gözəllikləri haqqında çox oxumuş və eşitmişəm. Tur-aksiya zamanı bütün bunları əyani şəkildə görə biləcəyəm. Məktəblilər üçün belə bir imkanı yaratdığına görə tur-aksiyada iştirak edən şagirdlər adından dövlətimizin başçısına minnətdarlığımı bildirmək istərdim”.Tur-aksiya iştirakçıları Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzini ziyarət etdikdən, Ümummilli Liderin Mərkəzdəki büstü önünə gül-çiçək dəstələri düzdükdən sonra Lənkəran şəhərinə yola düşdülər.

PAY