Ev Cəmiyyət

7 qatlı bu şirniyyat çox dadlıdır…(video)

PAY
Tovuz Mətbəx
Bu şirniyyat yalnız Tovuzda bişirilir. Zəhmət və vaxt tələb edən şirniyyatın bişirilməsi xüsusi diqqət tələb edir.  Ən maraqlısı isə şirniyyatın 7 qat olmasıdır. Elə ona görə də qatlama adlandırılır. Azərbaycan mətbəxinin zənginliyi özünü bölgələrdə daha çox büruzə verir. Tovuz da xüsusi mətbəxi ilə seçilən rayonlardandır. Bu bölgədə qədimdən indiyədək bişirilən şirniyyat növü var ki, fərqliliyi ilə seçilir.  Müsahibim deyir ki, bu şirniyyatın hazırlanması xüsusi zəhmət və vaxt tələb edir. Xəmir tam hazır olandan sonra 1 saat saxlanılır. Sonra orta ölçülü kündə halına gətirilir və yayılır. Qatlamanı bişirərkən yağ bol olmalıdır. Bu da qatlamanın dadlı və yumşaq olmasına görədir. Yayılan xəmir bişirilərkən tez-tez çevrilməlidir ki, yanmasın.ŞƏHLA POLADOVA (TTV .az)

PAY