Ev Cəmiyyət

Neftçi həmyerlimiz Tovuzda dəfn ediləcək…

PAY
Tovuz Hadisə

Yanvarın 11-də Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilmiş meyit “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə mexanik işləyən və baş vermiş qəza nəticəsində itkin düşən neftçi, 1958-ci il təvəllüdlü Qasımov Mübariz Dilqəm oğluna məxsusdur.Qasımov Mübariz Dilqəm oğlu Tovuz rayonunun Aşağı Mülkülü kəndində dəfn ediləcək.
SOCAR-ın rəsmi saytına istinadən xəbər verilir ki, mərhumun cəsədi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və SOCAR-ın “Azneft” İstehsalat Birliyi tərəfindən görülmüş birgə tədbirlər nəticəsində»BE-200ÇS» amfibiya tipli təyyarə vasitəsi ilə respublikaya gətirilib.
Xatırladaq ki, dekabrın 4-də güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 10 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib. “Neft daşları”ında baş verən qəzada itkin düşən 3 neftçi də daxil olmaqla, 22 nəfərin axtarışı davam etdirilir…

PAY