Ev Cəmiyyət

`Günəşli`də həlak olan həmyerlimiz dəfn olundu – VİDEO

PAY
Tovuz

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçi bu gün Tovuzun Aşağı Mülkü kəndində dəfn edilib.
58 yaşlı Mübariz Qasımovun dəfnində yaxınlarının, SOCAR-ın və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
3 övlad atası olan neftçi 12 ildən artıq mexanik vəzifəsində çalışıb. İşlədiyi illərdə hər zaman qabaqcıllardan olan rayon sakini hər kəsin sevimlisinə çevrilib.
Anası Müşkünaz Qasımova övladının hadisə baş verməzdən 1 həftə əvvəl kəndə gələrək ona baş çəkdiyini müəyyən planları olduğunu bildirib. Son dəfə isə o, anası ilə danışaraq dənizdə güclü tufan olduğunu deyib. Ailə üzvlərinə nigaran qalmamağı tövsiyə edən neftçinin cəsədi Xəzər dənizinin Türkmənistan sektorundan tapılaraq ailəsinə təhvil verilib. (Region TV)

PAY