Ev Cəmiyyət

Tovuzda monitorinq keçirilib…

PAY
Tovuz Müharibə

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Tovuzda olublar. Qonaqlar əvvəlcə Rayon İcra Hakimiyyətində görüş keçiriblər. Daha sonra isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq monitorinq keçirmək üçün Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığındakı qoşunların təmas xəttinə yola düşüblər. Müdafiə Nazirliyinin məlumatına görə, insidentsiz ötüşən monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Peter Svedberq keçiriblər. Təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Jiri Aberle və Saymon Tiller olublar.
Rahim İbrahimoğlu (kepeztv.az)

PAY