Ev Cəmiyyət

Tovuzda yol qəzası — xəsarət alan var (VİDEO)

PAY
Tovuz Avtoqəza

Tovuzda yol nəqliyyat hadisəsi qeydə alınıb. Rayonun Aşağı Quşçu kəndinə gedən istiqamətdə Tovuz sakini 21 yaşlı Adil Vəliyevin idarə etdiyi «VAZ 21-06» markalı nəqliyyat vasitəsi ilə Aşağı Quşçu kənd sakini 70 yaşlı Cavanşir Bağırovun idarə etdiyi «Mercedes» markalı minik avtomobili toqquşub. Nəticədə Cavanşir Bağırov yüngül xəsarət alıb. Hadisənin dəqiq səbəbləri təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra bəlli olacaq. Faktla bağlı araşdırma aparılır.

CÜMŞÜD BAYRAMLI (TTV.AZ)

PAY