Ev Cəmiyyət

Tovuzun sərhəd kəndlərində yaşayan sakinlər şəxsiyyət vəsiqələri ilə təmin edilib…

PAY
Tovuz Pasport

Səyyar xidmət rayonun 3 kəndini əhatə edir.DİN Baş pasport və qeydiyyat idarəsi, Tovuz rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi bölməsinin əməkdaşları ilə birgə Əlibəyli, Hacallı və Ağdam sakinlərinə səyyar xidmət göstərirlər. Vaxtı bitmiş, ümumiyyətlə, vəsiqəsi olmayan sakinlərlə yanaşı, uşaqlara da yeni şəxsiyyəti təsdiq edən sənədlər təqdim edilir.Bu gündən sərhəd kəndlərdə başlanan səyyar xidmət sakinlərin də işini asanlaşdırıb. Onlar rayon mərkəzinə getmədən yerlərdə bu xidmətin göstərilməsini yüksək qiymətləndirirlər.Ümumilikdə 3 sərhəd kəndində 400-dən artıq sakinin sənədləri qəbul edilib. Səyyar xidmət rayonda bir neçə gün davam etdiriləcək.

Rahim İbrahimoğlu (kepez.tv)

PAY