Ev Cəmiyyət

Tovuzda mağazadan oğurluq edən şəxs yıxılıb…

PAY
Tovuz Hadisə

Tovuz rayonundakı mağazalardan birinin damından yıxılan rayonun Düz Cırdaxan kənd sakini, 31 yaşlı Ceyhun Niftəliyev sağ bud nahiyəsinin sınığı xəsarəti ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Kəpəz TV-nin (Region TV) məlumatına görə, C.Niftəliyev mağazaya oğurluq məqsədi ilə damdan daxil olmaq istəyərkən yıxılıb. C.Niftəliyevi xəstəxanaya aparan polis əməkdaşları faktla bağlı araşdırma aparır.

Vüsalə Camal

PAY