Ev Cəmiyyət

Tovuzun Ermənistanla sərhəddə yerləşən kəndlərində həyat öz axarı ilə davam edir…

PAY
Tovuz Müharibə

Son günlər cəbhə xəttində yaşanan gərginliyə rəğmən, Tovuzun təmas xəttində yerləşən Hacallı kəndində həyat öz axarı ilə davam edir. Ordumuzun əldə etdiyi uğurların onlarda böyük ruh yüksəkliyi yaratdığını deyən kənd sakinləri, əkin-biçin, tikinti işlərini davam etdirirlər.  Mülayim yaz havası insanları ruhlandırıb. Kənd sakinləri səngərdə duran əsgərlərimizə güvənərək açıq sahələrdə yaz-tarla işlərini də davam etdirirlər. Hazırda Ermənistanla sərhəd kənddə kartof, pomidor, xiyar əkmək üçün yerlər hazırlanır.Cəbhə kəndində hər hansı qorxu, təlaş olmadığını deyən sakinlər ordumuzun qüdrətinə güvənərək öz gündəlik işləri ilə məşğuldurlar. Kəndin balaca sakinləri isə dərs saatını başa vurub öz evlərinə sərbəst qayıdır.Bir sözlə ermənilərlə sərhəd kənddə yaşayanlar yüksək əhval-ruhiyyədədir. Öz doğma kəndlərində Azərbaycan əsgərinin qələbə xəbərini gözləyirlər. Bu gün isə elə də uzaq deyil!!!

Rahim İbrahimoğlu (www.kepeztv.az)

PAY