Ev Cəmiyyət

Tovuzda bir ailənin 7 üzvü zəhərlənib…

PAY
Tovuz Hadisə

Tovuzun Molla Ayrım kənd sakinləri meşədən yığılan pencərdən kətə hazırlayıblar. Onu yedikdən bir neçə saat sonra 74 yaşlı Zərnişan Məmmədova, onlara qonaq gələn qızı Nazilə Əzizova, oğlu 38 yaşlı Sərdar, gəlini 28 yaşlı Aygül, nəvələri 11 yaşlı Şəlalə, 10 yaşlı Samir və 3 yaşlı Elnarənin səhhətində problem yaranıb. Zəhərlənən 7 nəfər Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstələrə ilkin tibbi yardım göstərilib. Uşaqların vəziyyəti normallaşsa da, yaşlı qadın tibb müəssisəsinin reanimasiya, digər xəstələrsə infeksion xəstəliklər şöbəsinə yerləşdiriliblər. 74 yaşlı Zərnişan Məmmədovanın vəziyyəti ağır qiymətləndirilir. Kənd sakinlərinin sözlərinə görə, yazda dağlıq ərazidə bitən bu bitkilərdən illərdir istifadə edirlər. İlk dəfə belə xoşagəlməz halla qarşılaşıblar.

İlham Məmmədzadə (www.kepeztv.az)

PAY