Ev Cəmiyyət

Tovuzda ev oğrusu saxlanılıb…

PAY
Tovuz Cinayət

Tovuzda vətəndaşların evlərinə qənim kəsilən keçmiş məhbus saxlanılıb. Həmkəndlilərinə 5150 manat ziyan vuran şəxs əməlini etiraf edib.Yaşadığı kəndi yağmalayan «qəhrəman» ələ keçib. Həbsdən çıxmasının 1 ili tamam olmamış Rasim Məmmədov köhnə peşəsini yenidən davam etdirib. O, ötən ilin avqustunda həmkəndlisi Əminə Hüseynovanın evindən 3 min manat oğurlayıb. 8 ay sonra günorta saatlarında qonşusu Anar Məmmədovun mənzilindən 2150 manat götürüb. Ancaq Tovuz polisi ona çox da uzağa getməyə imkan verməyib.Saxlanılan Bozalqanlı kənd sakini əməlini etiraf edərək hər iki evdən cəmi 5150 manat nəğd pul oğurladığını təsdiqləyib.

Faktla bağlı artıq cinayət işi açılıb. Polis Rasim  Məmmədovun digər cinayət əməllərində iştirakını da istisna etmir.

PAY