Ev Cəmiyyət

Tovuzda faşizm üzərində Qələbənin 71-ci ildönümü qeyd olunub…

PAY
Tovuz Qələbə günü

Faşizm üzərində tarixi Qələbənin 71-ci ildönümü münasibətilə Tovuzdakı Qəhrəmanlar parkında təntənəli mərasim keçirilib.AZƏRTAC xəbər verir ki, müharibə və əmək veteranları, rayon ictimaiyyətinin nümayəndələri parkda ucaldılmış “1941-1945” abidə kompleksinin önünə tər çiçəklər düzüb, müharibə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.Rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov mərasimdə çıxış edərək veteranları bayram münasibətilə təbrik edib. Qeyd edib ki, Böyük Vətən müharibəsində 7790 tovuzlu iştirak edib. Onların böyük əksəriyyəti müharibədə həlak olub. Müharibədə tovuzlulardan Mərdan Musayev, Yusif Sadıqov və Məstan Əliyev “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb, minlərlə döyüşçü orden və medallarla təltif olunub. Hazırda rayonda 27 veteran var.Tədbirdə ölkəmizdə müharibə veteranlarına göstərilən diqqət və qayğıdan da danışılıb.Sonda müharibə veteranları üçün bayram süfrəsi açılıb.

PAY