Ev Manşet

İsti yay havası davam edəcək.

PAY

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qafqazinfoya daxil olan məlumata görə mayın 5-də Bakıda və Abşeron yarımadasında az buludlu, yağmursuz hava şəraiti hökm sürəcək, cənub küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında gecə 12-17, gündüz 25-29 dərəcə isi olacaq, bəzi yerlərdə 31 dərəcəyədək yüksələcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi üstünlük təşkil edəcək. Gecə 11-16, gündüz 28-33 dərəcə isti olacaq. Dağlarda gecə 8-13, gündüz 18-23, bəzi yerlərdə 26 dərəcə isti olacaq.

Məlumata görə, son iki-üç gündə mövcud olan temperatur iqlim normasından 4-5 dərəcə yüksəkdir. Yaxın 2 gün ərzində Azərbaycanda isti hava şəraiti davam edəcək.

 

 

PAY