Ev Cəmiyyət

Tovuzda azyaşlı piyada vurulub…

PAY
Tovuz Hadisə

Tovuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Cırdaxan kəndində Aşağı Öysüzlü kənd sakini, 2005-ci il təvəllüdlü Qənimət Ülfət qızı Qarayeva kənd avtobusundan düşərək yolu keçmək istəyərkən “Hyundai” markalı avtomobillə vurulub.Sürücü xəsarət alan azyaşlını dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparıb, ona tibbi yardım göstərilib. Hər iki baldır sümüklərinin aşağı hissəsinin açıq sınığı diaqnozu qoyulan qızın vəziyyəti orta-ağır qiymətləndirilir.Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

PAY