Ev Cəmiyyət

Tovuzda avtomobil divara çırpılıb, sürücü xəsarət alıb…

PAY
Tovuz Hadisə

Tovuzda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.APA-nın qərb bürosunun verdiyi məlumata görə, ötən gecə Tovuz şəhərində rayon sakini, 1984-cü il təvəllüdlü Fəyaz Nuriyev idarə etdiyi “VAZ 2109” markalı avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı daş hasara çırpılıb. Nəticədə sürücü ağır bədən xəsarətləri alaraq Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

PAY