Ev Cəmiyyət

Tovuzda yayda su qıtlığı,qışda su bolluğu…

PAY
Tovuz Yağış suları

Gölməçələr yerdə, vədlər havada qaldı — REPORTAJ
Regionların sosial iqtisadi inkişaf layihəsi çərçivəsində yolların təmiri və bərpasına vəsait  ayrılsa da bəzi hallarda nəticəsiz qalır. Vəsaitin hara və necə xərclənməsi ilə bağlı rayon icra strukturları müxtəlif işlərin görülməsinə vədlər versələr də,  zamanı çatanda köhnə hamam, köhnə tasın qalmasının şahidi olursan. Araşdırmalardan məlum olur ki, Tovuzda da belə hallar az deyil.
Mədəniyyət yoldan başlayır. Amma Tovuzda bu deyimə fərqli yanaşılır. Bir tərəfdən palçıq yığıntıları, digər tərəfdən isə çala-çuxurlar. Tovuzda elə ki, söz yollardan düşür sakinlərin dərdi təzələnir. Bu mənzərə təkcə rayonun estetik görünüşünə xələl gətirmir, həm piyadaların, həm də nəqliyyatın hərkətinə ciddi maneçilik törədir. Bundan əlavə qarşılaşdığımız problem nəin ki, səhhətimizə, eləcə də cibimizə ziyan vurur. Hər il yolların təmir olunması üçün dövlət büdcəsindən külli miqdarda pul ayrılsa da,  Tovuzun “qan damarları”nın vəziyyəti düzəlmir ki, düzəlmir.  5 ay əvvəl Tovuz rayon İcra Hakimiyyətinin tikinti və memarlıq şöbəsi bizə verdiyi müsahibəsində yolların təmiri üçün regionların sosial iqtisadi inkişafı layihəsi çərçivəsində Prezidentin ehtiyat fondundan vəsaitin ayrıldığını bildirdi. Üstəlik bu vəsaitin həcmini də açqıladı. Xatırlatmaq məqsədilə həmin müsahibəni bir daha  təqdim edirik.  Artıq bu ilin yekunlaşmasına üç aydan da az vaxt qalıb. Tovuz rayon İcra Hakimiyyəti 10 ayda problemi həll edə bilməyibsə, qısa vaxt ərzində hansı möcüzəni yaradacaq. Yaşayarıq görərik, qismət olsa çəkib sizlərə də göstərərik.
SAMİR NAMİQOĞLU (ttv.az)

PAY