Ev Cəmiyyət

Həmyerlimiz beynəlxalq konfransda ingiliscə çıxış etdi…

PAY
Tovuz Rübabə Sahib

Tovuz Rübabə Sahib

Türkiyə respublikasının, Avropa Birliyi İşləri Nazirliyi, Türkiyə beynəlxalq Agentliyininin və Avropa İttifaqının Erasmus + Proqramının maliyyə dəstəyi və “Genetik Hastalıkları Tanı” Mərkəzinin təşkilatçılığı ilə 28-04 fevral 2017-cı il tarixlərində Türkiyənin Antalya şəhərində həyata keçirilən «2016-2-TRO1-KA1O5-035664» “Thalas Emmi-Thalas Uncle” adlı beynəlxalq layihədə uğurla başa çatdı.

Tovuz Rübabə Sahib

Təlimlərdə Türkiyə ilə yanaşı, Azərbaycan Polşa,Latviya, Albaniya, İtalya və Misiri  təmsil edən 28 nəfər gənc iştirak edirdi. Aralıq dənizi ölkələrində son vaxtlar artmaqda olan talassemiya xəstəliyinə qarşı kütləvi mübarizəyə başlamaqla bu işin beynəlxalq səviyyədə inkişaf etdirilməsi və“Könüllülük işi” sahəsində fəaliyyət göstərən gənclər təşkilatları və digər müəssilərlə birgə (KİV,dövlət qurumları və s.)  ictimaiyyətin bu xəstəlik barədə ətraflı maarifləndirilməsini təşkil etmək  məqsədi daşıyan layihədə Azərbaycandan olan iştirakçı tənqidçi-publisist, prezident təqaüdçüsü Rübabə Qasımova ““Talassemiya” və digər qan xəstəlikləri ilə mübarizədə medianın rolu” mövzusunda prezentasiya ilə çıxış etdi. Çıxışı zamanı R.Qasimova öncəliklə, Azərbaycanda bu istiqamətdə atılan addımlar, «Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı»nın qəbulundan sonra həyata keçirilən işlər, Talassemiya mərkəzinin fəaliyyəti və  H.Əliyev Fonudunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu istiqamətdəki uğurlu fəaliyyəti və bunun nəticəsi olaraq  2005-ci ildə “Azərbaycanda Talassemiyasız həyat naminə” proqramının başladılması ilə əldə olunan nailiyyətlərdən danışdı. Eyni zamanda, talassemiyalı xəstələrə tibbi yardımın göstərilməsi üzrə maarifləndirmə işlərinin əhəmiyyətindən və bununla bağlı buklet, plakat, kitabçaların çapından, mütəmadi olaraq bu tip xəstələrlə müsahibələrin və televiziya kanallarında bu xəstəliyə qarşı birgə mübarizə üçün beynəlxalq sülhə çağırış motivli talk şouların təşkilinin əhəmiyyəti və genetik qan xəstəlikli insanların multidisiplinar müalicəsinə yardım məqsədilə əyləncə- motivasyon xarakterli görüş və tədbirlərin faydalarını və s izah etdi. R.Qasımova adı çəkilən xəstəliyin qarşısının alınmasında jurnalistlərin rolu eyni zamanda, vətəndaşların da bir insan kimi görə biləcəkləri işlər olduğunu dönə-dönə vurğuladı.

Layihə müddətində iştirakçılar Antalya şəhərindəki Talassemiya mərkəzinə    səfər edib, xəstələrin son durumları ilə maraqlandılar və mərkəzin fəaliyyəti ilə tanış oldular. Sözügedən mövzuda qrup işləri, təqdimatlar ,buklet hazırlanması, ictimai maarifləndirmə tədbirləri görüldü, kiçikmetrajlı spot filmlər çəkildi və fikir mübadilələri aparıldı. Layihənin sonuncu iş günü bağlanış mərasimində Antalya şəhər Bələdiyyə başkanı , Antalya Genetik Xəstəlikləri Tanı” Mərkəzinin direktoru Pediatrik  Hematoloji ve Genetik Uzmanı Prof. Dr. Duran Canatan və digər layihə rəhbərləri iştirak etdilər.

 

 

PAY