Ev Cəmiyyət

Bu gün Süleyman Məmmədli qonağımızdır…

PAY
Süleyman_Məmmədli

Bu gün tanınmış həmyerlimiz Süleyman Məmmədli saytımızın qonağı oldu. Azərbaycanda və Tovuzda idmanın müxtəlif növlərinin ,o cümlədən Şərq əlbəyaxa idman növlərinin inkişafından və digər gündəlik qayğılardan danışdıq…

Tovuz Süleyman Məmmədli

Bildiyiniz kimi Süleyman Məmmədli 1948-ci ildə Tovuz rayonunda anadan olub. Orta təhsilini Tovuzda, ali təhsilini isə Rusiyada alıb. Daha sonra Azərbaycanda İdman Akademiyasını bitirib. 1969-cu ildə ilk dəfə karate idman növüylə tanış olduqdan sonra Şərq döyüş növləriylə məşul olmağa başlayıb. 1980-ci illərdə şəxsi çağırışla Macarıstana gedib və idman dərəcəsi alıb.70-dən artıq döyüş sənətini bilir.1983-cü ildə bu ölkəyə növbəti səfər zamanı bura məşq keçməyə gəlmiş kyokşinkayın yaradıcısı məşhur Ayamayla tanış olub.1990-cı illərdən başlayaraq taekvandoyla da məşğul olmağa başlayıb. Müxtəlif beynəlxalq seminarlarda iştirak eləmiş, 47 dövlətdə olub. 2004-cü ildə Amerikada taekvandonun yaradıcılarından olan Bok Mann Kimlə tanış olub. Bundan sonra Çun Kuhn Do ilə məşğul olub. İlk dəfə dünyada ən yüksək dərəcə olan Qrand master dərəcəsini Amerikada alıbdır. Bundan əvvəl və sonralar bir neçə seminarlarda iştirak etmiş,hazırda 4 növ üzrə 10-cu dan qara kəmər, 10 növdən isə Qrand masterdir. Dünyada ikinci belə bir idmançı yoxdur. Beynəlxalq dərəcəli hakim və eyni zamanda gənclərlə birgə yarışlarda çıxış edir…

PAY