Ev Cəmiyyət

Aprel döyüşlərinin qəhrəman oğullarından – Fazil Abdıyev…

PAY
Tovuz Fazil Abdıyev

Tovuz Fazil Abdıyev

Rəsmi xronikaya nəzər salanda görürük ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş dördgünlük müharibə zamanı, Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb.Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, 320 döyüşçüsü öldürülüb və 500-dən artıq döyüşçüsü yaralanıb.

Tovuz Fazil Abdıyev Tovuz Fazil Abdıyev Tovuz Fazil Abdıyev Tovuz Fazil Abdıyev Tovuz Fazil Abdıyev
Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə” adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər.Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi.

Tovuz Fazil Abdıyev
Göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif olunmuşdur.
Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər vardır.
Bu döyüşlərdə iştirak edən və yaralanan hərbçilər arasında Tovuzun Abulbəyli kənd sakini Abdıyev Fazil Arif oğlu da var. Onun bu döyüşlərdə iştirakı və yaralanması haqqənda sənədlər də var. Fazil Abdıyev ağır yaralanaraq MN –nin hərbi hospitalında müəlicə alıb. Vətən belə oğullarla fəxr edir,onu tərbiyələndirən valideynlərinə minnətdarlıq hissi daima yaddaşlara həkk ediləcəkdir.Bir həmyerli kimi Fazil Abdıyevlə fəxr duyuruq və minnətdarlığımızı bildiririk…

tovuzlular.com

PAY