Ev Cəmiyyət

Tovuzda Böyük Vətən müharibəsi veteranları ilə görüş…

PAY
Tovuz Qənirə Paşayeva

Millət vəkili Q.Paşayeva Tovuzda Böyük Vətən müharibəsi veteranları ilə görüşüb,qayğıları ilə maraqlanıb.

Tovuzlullar VeteranlarMillət vəkili  faşizm üzərində qələbənin 72  illiyi münasibəti ilə Tovuzda Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüşüb. Millət vəkili Q.Paşayeva veteranları qələbənin 72 illiyi münasibəti ilə təbrik edərək onlara göstərilən qayğıdan danışıb.

Tovuzlular Veteranlar

Millət vəkili Qənirə Paşayeva deyib ki, veteranlar bizim üçün canlı örnəkdir. Biz qəhramanlıq və şücayəti onlardan öyrənməliyik. Dövlətimiz daim Böyük Vətən Müharibəsi iştirakçılarına qayğı göstərir. Millət vəkili hər bir veteranla ayrılıqda söhbət edərək, qayğıları ilə maraqlanıb. Görüşdə veteranlara xatirə hədiyyələri də təqdim edilib. Tədbir 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidə kompeksinin ziyarəti ilə davam etdirilib. Burada həmiçnin Tovuzdan olan üç (Yusif Sadıqov, Məstan Əliyev və Mərdan Musayev) Sovet İttifaqı qəhrəmanının abidəsi də ziyarət olunub.

PAY