Ev Cəmiyyət

Xaliq Əhmədzadənin “idmançı” dələduzluğu…

PAY

Süleyman Məmmədli

Bu yazını verməkdə məqsədimiz Azərbaycan İdmanına qarşı edilən dələduzluqla bağlıdır. Burada hər şeydən öncə həm də həmyerlimiz Süleyman Məmmədlinin də yaradıb ərsəyə gətridiyi bir idman növünün taleyindən söhbət gedir.

AMEA Fəlsəfə və Hüquq İnstitutunun keçmiş “şöbə müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru ” Xaliq Əhmədzadə həbs edilib. Dələduzluqda ittiham olunan sabiq şöbə müdiri barəsində Nəsimi Rayon Məhkəməsi tərəfindən artıq 4 aylıq həbs qətimkan tədbiri də seçilib.

X.Əhmədzadənin həbsinin ardından onunla bağlı araşdırmalardan sonra məlum olub ki, indiyə qədər bir çox vəzifəli şəxslərin adından istifadə edərək, özünü onların qohumu kimi təqdim edərək, işə düzəltmə və digər adlar altında dələduzluq fəaliyyəti ilə məşğul olub.

Bu dələduzluqlardan biri də “TURAN –  DO” federasiysaını ələ keçirməsi olub. Bu yaxınlardan federasiyanın yığıncağı keçirilib və müvafiq protokol tərtib olunaraq bizə göndərilib.

İdmançı oxucularımızın xahişini nəzərə alaraq  protokolu da təqdim edirik…

Ərhun

PROTOKOL

 09.09.2017          № 03               Bakı şəhəri

 “TURAN DO

    Federasiyasının Prezidenti Xaliq Mehman oğlu Əhmədzadənin federasiyadakı fəaliyyətinə və həbsi ilə bağlı keçirilən toplantı

 

  1. Sədr. Rafət Əsədov.
  2. Katib. Emin İsmayılov.
  3. İştirakçılar:
  4. Süleyman Məmmədli – Döyüş sənətləri üzrə Dünya və Avropa Çempionu, 10-cu dan, Qrant Master.
  5. Nəriman Cavadzadə – 4 qat Dünya Çempionu.
  6. Seymur Əliyev – Döyüş sənətləri üzrə Dünya və Avropa Çempionu.
  7. Rəşad Abbasov – Döyüş sənətləri üzrə Dünya və Avropa Çempionu.
  8. Vidadi Hacıyev – Kombat Hap Ki Do üzrə Dünya Çempionu.
  9. Rafət Əliyev – Avropa və Dünya Çempionu, əməkdar məşqçi.
  10. Tofiq Dadaşov – Döyüş sənətləri üzrə Avropa Üçüncüsü, Dünya Çempionu.
  11. Emin İsmayılov – Dünya Çempionu.
  12. Samir Salmanov – Dünya Çempionu.
  13. Orxan Məmmədli – Dünya Çempionu.
  14. Ruslan Nəzərov – Dünya Çempionu.
  15. İlkin Qurbanov – Dünya Çempionu.
  16. Emin Qurbanov – Dünya Çempionu.
  17. Mustafa Məmmədli – Dünya Çempionu.
  18. Nicat Heydərov – Dünya Çempionu.
  19. Müşfiq Hüseynov – Dünya Çempionu.
  20. Məhəmməd Musayev – Dünya İkincisi.
  21. Heydər Qasımov – Dünya Kuboku I yer.
  22. Yaşar Bayramov – Dünya Kuboku II yer.
  23. Əli Məmmədov – Dünya Kuboku III yer.
  24. Mirağa Əliyev – Dünya Kuboku Qalibi.
  25. Mirzaman Əliyev – Respublika Çempionu.
  26. Zamin Abdullayev – Respublika Çempionu.
  27. Vaynab Abdulvahabov – Respublika Çempionu.
  28. Ruhiyyə Tağıyeva İdmançı
  29. Mikayıl Həmidli – İdmançı.
  30. Orxan Hüseynli -İdmançı.

                                    GÜNDƏLİKDƏKİ MƏSƏLƏ

Turan Do Federasiyasının Prezidenti Xaliq Əhmədzadənin fəaliyyəti və haqqında müzakirə.

          Çıxış etdi:

  1. Turan Do Federasiyasının yaradıcısı və sabiq Prezidenti Dünya Çempionu, 10-cu dan Qrant Master Süleyman Bağır oğlu Məmmədli.

Bildiyiniz kimi Xaliq Əhmədzadə 25.07.2009-cu ildə 1 saylı protokolla Federasiyaya Prezident seçilib, 29.12.2017-ci ildə sənədlər Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. İstərdim nitqimə o məqamdan başlayım ki, 2009-cu ildə Atatürk adına parkında o, mənə yaxınlaşdı və özünü mənim keçmiş tələbəm kimi təqdim etdi. (???) Sonralar onunla yenə görüşəndə BMT-də işlədiyini söylədi.Xaliq, Turan Do Federasiyasını ən yüksək səviyyədə işlədə biləcəyini, idmançılara hərtərəfli kömək edəcəyini bildirdi. Eyni zamanda, (həmin vaxt) yaxınlarda Kanadaya rəsmi konsul göndəriləcəyini söylədi. Bütün bunlar haqqında idmançılarla məsləhətləşdik və onun Federasiyaya Prezident seçilməsi rəyində olduq. Beləliklə də o, Federasiyaya Prezident seçildi və qısa bir müddətdə onun həqiqi siması üzə çıxdı. Belə ki, o, özünü ən gənc elmlər doktoru olması, məxfi qurumlarda məsul vəzifələrdə işləməsi barədə dediklərinin, idmançılarla bağlı həyata keçirəcəyi ürəkaçan hadisələrə dair vədlərinin hamısının yalan  olduğu aşkarlandı.

Beləliklə də 2009-cu ildən indiyədək onun Federasiyaya Prezident olduğu dönəmdə o, nəin ki, Federasiyanın yüksəlişi ilə bağlı heç bir fəaliyyət göstərmədi, əksinə, idmançılar arasında fitnə-fəsad törətməklə onlara çoxlu mənəvi zərbələr, ziyanlar vurdu, beləliklə də onların idmandan uzaqlaşmasına “nail” oldu. Bununla da onun konkret zərərli şəxs və peşəkar dələduz olduğu üzə çıxdı. Belə ki, o, məşqlər zamanı bir neçə dəfə ixtişaş törətdi, qarşıdurmalar  yaratdı və polisləri zala çağırdı. Bütün bu hallarda oz o, öz çirkin niyətlərini reallaşdırmaq üçün ətrafında gəzdirdiyi beş-altı qadınlardan ibarət yaratdığı qruplaşmadan  istifadə edib idmançılara şər-böhtan atırdı. Nəhayət, belə vəziyyət nəticədə Federasiya dağılmaq təhlükəsi ilə üz-üzə qaldı. Məsələnin ən vacib tərəfi isə ondan ibarətdir ki, müxtəlif dövlət qurumlarında, xüsusən də Azərbaycan Milli Elmlər Akademiyasında bir sıra insanlara qarşı törətdiyi qanunsuz əməllərə görə Nəsimi Rayon Məhkəməsinin -həbs qəti-imkan tədbiri ilə X.Əhmədzadə hazırda həbs edilmişdir və törətdiyi qanunsuz əməllərə dair onun barəsində Baş Prokurorluğun A.C.İ.İdarəsində istintaq idarəsində cinayət işi açılmış və istintaq hərəkəti aparılır. Ona görə də o, Turan Do Federasiyasına rəhbərlik etmə statusunu itirmişdir.

Dinlənildi:

  1. Avropa və Dünya Çempionu, əməkdar məşqçi Əliyev Rafət Haqverdi oğlu.

          Hələ xeyli əvvəldən hamıya məlumdur ki, X.Əhmədzadə daim dövlət vəzifələrində təmsil olunan  yüksək səlahiyyətli şəxslərin adından istifadə etməsilə Federasiya rəhbərliyini əldə etməyə nail olmuşdur. Bu dələduzluqdur və həmin şəxs təkcə Federasiya üçün yox, bütöv cəmiyyət üçün çox təhlükəlidir.

  1. İdmançı Tağıyeva Ruhiyyə.

          X.Əhmədzadə özünün törətdiyi pis və yaramaz hərəkətlər müqabilində doğrulan reaksiyaları və haqlı narazılıqları boğmaq və ona süni rəng vermək üçün dəfələrlə əsassız və qanunsuz olaraq Federasiya əməkdaşlarının və idmançıların üstünə polis çağırmış, onları təqib etmişdir.  Ona görə də o, bağışlanılmazdır və Federasiya rəhbəri kimi öz yararsızlığını nümayiş etdirmişdir.

  1. Dünya çempionu Mustafayev Akif Abbas oğlu.

           X.Əhmədzadənin törətdiyi pis əməllər barədə hər kəsdə məlumat var və hər kəs ona kəskin münasibətdədir. Ona görə ki, o, özünü mələk kimi göstərdi, şeytan kimi hərəkətlər etdi. Onun idmançılara qarşı işlətdiyi hiylə-kələklər artıq hələ çoxdan aydındır. Belə bir hoqqabazın Federasiyada yeri yoxdur

  1. Dünya çempionu Abbasov Rəşad Ələsgər oğlu.
  2. Əhmədzadənin təkcə Federasiyada deyil, digər yerlərdə də eyni əməllərlə hərəkət etdiyinə görə ölkə ictimaiyyəti onu yalançı, aldadıcı, yüksək vəzifəli şəxslərin adından istifadə edib “pul qazanan” adam kimi tanıyır. Onun  Federasiyadan kənarlaşdırılması vacibdir və biz bununla bağlı aidiyyəti dövlət qurumlarına müraciət etməliyik.
  3. Dünya Çempionu Məmmədli Orxan Bayram oğlu.

          Bizim hamımız yaxşı xatırlayırıq ki, X.Əhmədzadə 2009-cu ildə Federasiyanı necə ələ keçirdi. Əlbətdə, hazırda ələ keçirdi deyilməlidir. Çünki həmin tarixdə o, bizə özünü ölkənin bir sıra yüksək vəzifəli məmurlarını yaxını, “BMT-ni işçisi”, yaxınlarda “Kanadaya göndəriləcək konsul”, “ən gənc hüquq elmlər doktoru”, kimi təqdim etmişdir. Biz də inanıb Federasiyanın rəhbərliyini ona həvalə etdik ki, özünün bu sadalanan “imkanlarıʺ vasitəsilə Federasiyanın inkişafına dəstək olsun. Az sonra məlum oldu ki, onun dedikləri “imtiyazlar” uydurma imiş… O, bu deyilənləri yalnız Federasiyanı ələ keçirməyə vasitə kimi uydurmuşdur. Odur ki, belə bir neqativ adamın rəhbərliyi bütün idmançılara təhqirdir və o, Federasiyadan kənarlaşdırılmalıdır.

  1. Dünya çempionu Dadaşov Tofiq Tərxan oğlu.

          Əlbəttə, mən də həmkarlarım ilə həmfikir olduğumu bildirəm və hesab edirəm ki, X.Əhmədzadənin Federasiyaya vurduğu ziyana görə cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı idmançılar adından müvafiq dövlət qurumlarına müraciət etməliyik və onun törətdiyi fəsadları bir daha aidiyyəti orqanların diqqətinə çatdırmalıyıq.

QƏRAR:

  1. 09.09.2017-ci il tarixdən etibarən X.M. Əhmədzadə Turan Do Federasiyası Prezidentliyindən azad edilsin və Federasiyadan kənarlaşdırılsın.
  2. Rəhbərlik etdiyi tarixdən Federasiyanın fəaliyyətini pozduğuna, iflic etdiyinə, idmançılara qarşı qanunsuz hərəkətlərlə təhqir, böhtan və təzyiq etməklə onlara vurduğu mənəvi zərər müqabilində (dağıtdığı federasiyanın bərpa edilməsinə görə) Federasiyanın hesabına X.M.Əhmədzadə tərəfindən 200 min ABŞ dolları məbləğində təzminat tələb edilsin.

 

Sədr:                     Rafət Əsədov

Katib:                    Emin İsmayılov

 

PAY