Ev Cəmiyyət

“Aşıq Ədəbiyyatı Antologiyası” toplusu təqdim olundu…

PAY
Tovuzlular Aşıq Ədəbiyyatı

“Xalq Əmanəti” layihəsi çərçivəsində Xalq Bankın “Aşıq Ədəbiyyatı Antologiyası” toplusu nəşr edilib.

Tovuz Aşıq Ədəbiyyatı

Tədbirdə çıxış edən akademik Nizami Cəfərov, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, professor Qəzənfər Paşayev və başqaları “Aşıq Ədəbiyyatı Antologiyası” toplusunun əhəmiyyətindən danışıblar.

Tədbirdə qeyd olunub ki, Azərbaycan xalqının mədəni irsinin sütunlarından biri olan aşıq yaradıcılığı incilərinin toplandığı üçcildlik aşıq poeziyası, qəhrəmanlıq və məhəbbət dastanlarını əhatə edir. “Xalq Əmanəti” layihəsinin on altıncı nəşri – “Aşıq Ədəbiyyatı Antologiyası” nüfuzlu alimlərdən ibarət işçi qrupunun uzunmüddətli tədqiqat işinin nəticəsidir. Nəşr üç tematik cilddən (“Aşıq poeziyası”, “Qəhrəmanlıq dastanları”, “Məhəbbət dastanları”) ibarətdir və aşıq ədəbiyyatının ən qiymətli nümunələrindən tərtib olunub. Topluda həm də müəllifi məlum olmayan əsərlər, geniş arxaik və əcnəbi sözlər lüğəti öz əksini tapıb.

PAY