Ev Cəmiyyət

Bir daha Möhsün Axundov fenomeni…

PAY
Tovuz Möhsün Axundov

Tanınmış həmyerlimiz  mərhum Zakir Zeynalovun Tovuz rayonundakı A.S .Puşkin adına məktəbin 100 illiyinə həsr edilən ,1999 –cu ildə  çapdan çıxmış “İstedadlar məktəbi” kitabında məkətəbin tarixinə qısa bir nəzər salınır , Azərbaycan elminin və mədəniyyətinin inkişafında məktəbin müəllim və məzunlarının  oynadığı roldan söhbət açılır.Eyni zamanda kitabda  məktəbin məzunu olan ziyalıların ürək sözlərinə də yer ayrılmışdır .Kitabın  redaktoru da mərhum yerlimiz, həmin məktubun məzunu  Məstan Əliyevdir (Məstan Günər) idi.

Möhsün Axundov

İstər Zakir müəllim , istərsə də Məstan müəllim öz xatirələrində bütün müəllimlərlə yanaşı məktəbi məhşurlaşdıran, onun sorağını ölkəyə yayan müəllimlərdən biri olan Möhsün Axundovu da böyük hörmətlə yada salmışdı.

Tovuz Zakir Zeynalov

Zakir Zeynalov öz sevimli müəllimi haqqında yazırdı: “Möhsün müəllimin bir insan kimi məktəbdə, ailədə və rayon ictimaiyyəti arasında davranışının özü bir nümunə idi. Tanrı o kişidən heç nəyini əsirgəmişdi. Gözəl qaməti, nurlu çöhrəsi, şirin söhbəti və ağayana duruşu onu başqalarından fərqləndirirdi…”

Möhsün Axundov hamının “Tovuz təhsilinin güzgüsü” adlandırdığı “Şərəf nişanı”, “Qırmızı Əmək Bayrağı”, “Lenin ordeni” ilə mükafatlandırılmış əməkdar müəllim idi.

Məstan müəllimin  isə bir  xatirəsi  Möhsün müəllimin necə bir fenomen olduğunu  daha qabarıq şəkildə  təsdiq edir.

Tovuz Məstan Əliyev

Məstan Əliyev: “ Onun qopub didilən yerləri yapışqanla bərpa edilmiş qlobusu yadımdadır.Çubuğu kənara atıb sağ əlini qlobusda Antarktidaya basmışdı:

-Uşaqlar, bu qlobus  yuvarlaqdır. Amma əslində Yer kürəsi Antraktida və Arktikadan batıqdır.Şimaldan Cənuba Yer kürəsinin içərisindən xəyali ox keçir … gələcəyin elmi bir vaxtlar sübut edər ki, bu oxun keçdiyi sahə ,yəni həmin xəyali oxun sahəsi və özü kürreyi-ərzdə hər şeyin hərəkətinə təkan verir,daimi tirəyir və titrədir.Torpaq hər yerdə hərəkətdə ,dağlar ,dənizlər hərəkətdədir.Bu ancaq yeraltı zəlzələ .maqma təsirlərinin .kosmik cazibənin nəticəsi ola bilməz. Kürreyi-ərzi titrəyişlərlə təmin edən heç şübhəsiz ki,həmin ox, “xəyali ox”dur.Təkanlar ondan gəlir.

…Mən Respublika Televiziyası və radisounda baş redaktor işləyərkən müxtəlif səpkili materialları .həm də təbii  ki,elmi materialları oxumağa məcbur idim. Dövlət Təhlükəsziliyi  orqanlarının ciddi nəzarəti altında saxlanılan efirə baş redaktorun vizası olmadan bir cümləni belə buraxmazdılar.Çoğrafi kəşflər barədə Mcarıstan radiosu verilişinin ruscaya çevrilmiş mətnini almışdıq. Budapeşt Universitetinin professorunun şərhindən belə çıxırdı  ki, 1976 –cı ildə təzəcə kəşf edilib ki, “yerin “Xəyali ox”u titrək vəziyyətdədir.

Bir daha sənə rəhəmət olsun,Möhsün müəllim.”

Bu fakt bir daha Möhsün Axundovun necə bir fenomen, uzaqgörən , savada ,biliyə, qabiliyyətə  malik olduğunun bariz nümunəsi idi.