Ev Cəmiyyət

Qənirə Paşayeva daha bir mükafat aldı…(Video)

PAY
Tovuz Qənirə Paşayeva

Millət vəkili Qənirə Paşayeva «İlin İşgüzar Xanımı» mükafatına layiq görülüb.
Qadınlar Günü münasibəti ilə təşkil olunmuş tədbirdə Qənirə Paşayevanın millət vəkili kimi qanunverici orqanda, tariximiz, mədəniyyətimiz, Qarabağ həqiqətlərinin təbliğində fəal rol oynayan insanlardan biri olaraq bu mükafata layiq görüldüyü vurğulanıb.
Bu mükafata layiq görüldüyü üçün təşkilatçılara təşəkkürünü bildirən Qənirə Paşayeva bütün qadınları Qadınlar Günü münasibəti ilə təbrik edib:
«Mən də daxil olmaqla hər birimizin, bütün qadınlarımızın ən böyük arzusu odur ki, yaxın zamanlarda Ermənistanın işğalı altında olan torpaqlarımızı işğaldan azad edilsin. Mən inanıram ki, o gün uzaqda deyil və biz bir millət və dövlət olaraq Ali Baş Komandanın rəhbərliyi altında işğal altında olan torpaqlarımızı işğaldan azad edəcəyik».

PAY