Ev Cəmiyyət

Tovuzlu fermerlər 1520 hektar sahədə kartof əkiblər…

PAY
Tovuz, Kənd təsərrüfatı

Respublikanın iri kartofçuluq rayonu olan Tovuzda fermerlər 1520 hektar sahədə kartof əkiblər. Rayonda kartof əkini davam edir. Torpaq mülkiyyətçiləri əkini həm əllə, həm də texnika vasitəsilə aparırlar.

Tovuz Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 5 min hektardan artıq sahədə şum çıxaran fermerlər 1520 hektar sahədə əkin həyata keçiriblər.

Sahələrdə yerli kartof toxumu ilə yanaşı, Gədəbəydən və Ukraynadan gətirilən toxum da əkilir. Hava şəraitini normal keçməsi isə səpini uğurla aparmağa imkan yaradır.

Kartof əkini əsasən rayonun Qovlar şəhərində, Düz Qırıqlı, Əyyublu, Dönük Qırıqlı, Aşağı Quşçu kəndlərində aparılır.

Qeyd edək ki, ötən il tovuzlu fermerlər 7375 hektar sahədə kartof əkərək, 169 min 705 ton məhsul istehsal etmişdilər.

Famil Quliyev, AZƏRTAC

PAY