Ev Cəmiyyət

Tovuz rayonuna yeni icra başçısı təyin edilib…

PAY
Tovuz İcra başçısı

Prezident İlham Əliyev T.M.Zeynalovun Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.Tovuzlular.com  AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin 2-ci hissəsini rəhbər tutaraq qərara alıram:

Tofiq Məhəmmədəli oğlu Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

XXX

Prezident İlham Əliyev M.C.Məmmədovun Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin 2-ci hissəsini rəhbər tutaraq qərara alıram:

Məmməd Cahangir oğlu Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

PAY