Ev Cəmiyyət

Tovuzda “Azərbaycan-Rumınya münasibətlərin inkişafında bölgələrarası əməkdaşlığın rolu” adlı tədbir keçirilib (video)

PAY

Tovuz Ruminiya
    Tovuzda Heydər Əliyev Mərkəzində  rayon icra hakimiyyətinin rəsmiləri, təşkilat rəhbərləri, QHT və KİV nümayəndələri, gənc fəalların iştirakı ilə “Azərbaycan-Rumınya əməkdaşlığının inkişafında bölgələrarası əməkdaşlığın rolu” adlı tədbir və Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku ilə görüş olub. Millət vəkili Q. Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB, rayon icra hakimiyyəti və Heydər Əliyev mərkəzi tərəfindən təşkil olunan tədbirdə millət vəkili, Azərbaycan-Rumıniya parlamentlərarası dostluq qrupunun üzvü Q.Paşayevanın dəvətilə rayonda səfərdə olan  Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku da iştirak və çıxış edib.  Görüşdə çıxış edən millət vəkili, Azərbaycan – Rumıniya parlamentlərarası dostluq qrupunun üzvü Q.Paşayeva Azərbaycan – Rumıniya münasibətləri tarixi və bu günü ilə bağlı geniş məlumat verib. Dövlət başçımız İlham Əliyevin dost Rumıniya ilə əməkdaşlığın inkişafına verdiyi böyük diqqəti xüsusi vurğulayan , iki dost ölkə arasında bütün istiqamətlərdə münasibətlərin getdikcə daha da inkişaf etdiyini deyən millət vəkili Q.Paşayeva bölgələrimiz arasında da,  Tovuz rayonu ilə  Rumıniya bölgələri arasında əməkdaşlığın inkişafı istiqamətində də işlərin sürətlənəcəyinə inandığını və cənab səfirin rayona səfərinin bu məsələdə xüsusi rol oynayacağına inandığını deyib: “Mən Azərbaycan-Rumınya Parlamentlərarası Dostluq Qrupunun üzvü olaraq Tovuzla Rumıniya bölgələrindən biri arasında qardaşlaşmış bölgələr, şəhərlər olmasını üçün əlindən gələn dəstəyi göstərməsini cənab səfirdən xahiş etmişəm və inanıram ölkələrimiz arasında bölgələrarası əməkdaşlığın inkişafında çox önəmli olan bu məsələ yaxın zamanlarda öz əksini tapacaq.” Tovuz rayonu ilə bağlı geniş məlumatlar verən millət vəkili Q.Paşayeva Tovuzla Rumıniya bölgələri arasında iqtisadi əməkdaşlığı genişləndirməklə yanaşı ədəbi-mədəni, turizm əməkdaşlığı üçün də geniş imkanlar olduğunu deyib.    Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku Rumıniya-Azərbaycan münasibətləri ilə bağlı geniş çıxış edib. Rumıniyanın Azərbaycan müstəqilliyini təkrar bərpa etdiyi illərdə ölkəmizin müstəqilliyini ilk tanıyan ölkələrdən biri olduğunu vurğulayan səfir ölkəsinin Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu deyib. Tovuza səfərindən böyük məmnuniyyət duyduğunu vurğulayan  Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku Tovuzla Rumıniya bölgələri arasında əməkdaşlığın genişlənməsi üçün birlikdə çalışacağıq və inanıram ki, yaxşı nəticələr olacaq deyib. Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku rayon ziyalılarını, QHT və KİV rəsmilərini  maraqlandıran sualları da cavablandırıb və geniş fikir mübadiləsi aparılıb.

PAY